Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:26

“Qanun”un istintaqda dindirilən əməkdaşı vəfat edib


-
Bir neçə gün əvvəl Vergilər Nazirliyinin İstintaq İdarəsində dindirilən “Qanun” Nəşrlər Evinin əməkdaşı Nəriman Musayev aprelin 13-də vəfat edib.

Nəşriyyatın direktoru Şahbaz Xuduoğlu deyir ki, Nəriman Musayev istintaqda 6 saat dindirilmişdi, dindirmədə həyəcanlanmışdı:

“O bizdə çapçı işləyirdi. 60-a yaxın yaşı var idi. İstintaqdan sonra evdə olarkən ürəyi tutub. Əslində o istintaqa gedəndə də mən çox narahat olmuşdum. Bəlkə istintaqın burda heç bir rolu yoxdur, sadəcə təsadüfdür. Ancaq inananıram ki, o çağırılmasaydı, bu həyəcanı yaşamasaydı, indi ürəyi onu yarı yolda qoymazdı. Ona sual veriblər ki, siz hansı kitabı çap etmisiniz, “Qanun”da niyə işləyirsiniz”.

Vergilər Nazirliyi “Qanun” Nəşrlər Evini 150 min manat cərimə edib. Şahbaz Xuduoğlu deyir ki, bununla bağlı nəşriyyatla əməkdaşlıq edən 50-dən çox tərcüməçi, yazıçı, texniki işçi dindirilib. “Özümüzün belə adını yadından çıxardığımız, nə vaxtsa bizim nəşriyyatla əməkdaşlıq etmiş adamları da istintaqa çağırırlar”.

Günün bütün mövzuları

XS
SM
MD
LG