Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:51

AXCP Gənclər Komitəsi siyasi məhbuslarla bağlı yeni kampaniyaya başlayır


-
AXCP Gənclər Komitəsi həbsdə olan ictimai fəallar, dindarla bağlı kampaniyaya başlayır. AXCP sədrinin müavini Əbülfəz Qurbanlının sözlərinə görə, kampaniya həm də virtual aparılacaq: “Aprelin 14-də axşam saat 10-dan sonra Facebook və Twitter sosial şəbəkələrdə həbsdə olan hər bir ictimai fəalın adına şüarlar və müraciətlər yayılacaq. Artıq Facebookda “azadet” haştaqı yaratmışıq. Bu müraciətlər bütün beynəlxalq ictimaiyyətə göndəriləcək. Biz siyasi məhbus kimi NİDA gənclər təşkilatının üzvlərini, siyasətçilər Tofiq Yaqublu və İlqar Məmmədovu, QHT rəhbəri Anar Məmmədli, o cümlədən həbsdə olan dindar kəsimi tanıyırıq və onların hüquqlarının müdafiəsi yönümündə iş aparacağıq”.

Əbülfəz Qurbanlının sözlərinə görə, onların əsas məqsədi ictimai fəalların məhkəməsi barədə yerli və beynəlxalq ictimaiyyətə geniş məlumatlar göndərməkdir.

Əbülfəz Qurbanlı bildirib ki, onlar həbsdə olan gənclərin, siyasətçilərin və ictimai fəalların həbsdən azad olunmasını vurğulayan müxtəlif tədbirlər, o cümlədən flaşmoblar keçirməyi planlaşdırırlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG