Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 10:08

«Lazım gəlsə, ukraynalılara Qərb silah da verməlidir»


Luqanskda Ukraynanın birliyinin tərəfdarlarının aksiyası, 13 aprel 2014

Luqanskda Ukraynanın birliyinin tərəfdarlarının aksiyası, 13 aprel 2014

-
ABŞ mediası həftəsonu şərqi Ukraynadakı döyüşləri təhlil edir və yazır ki, "Putin Avropanın xəritəsini yenidən çəkir". "ABŞ hökuməti illüziyalarını qırağa qoymalıdır". Ukraynanın keçmiş prezidenti hesab edir ki. Rusiyanın işğalına böyük pullar cəlb olunub.
***

Ukraynanın keçmiş prezidenti Leonid Kuchma Azadlıq Radiosuna deyir ki, Ukrayna böhranını yalnız Qərb həll edə bilər.

Rusiyanın Krımdan sonra Ukraynaya yeni hərbi müdaxiləsinə isə Kuchma inanmır.
Krım haqda o, deyir ki, Ukrayna Krımı çox asanlıqla verdi, bir güllə belə atmadan.
Kuchmanın sözlərinə görə, Rusiya Krımda öz məqsədinə çatdı, təkcə ona görə yox ki, bunun arxasında ideologiya və rusdilli əhalinin müdafiəsi dururdu. Bura həm də böyük pullar cəlb olunub. Kucma xüsusi qeyd edir ki, buna şübhə yoxdur.​
Ukrayna Krımı geri ala bilərmi? – sualına cavabında isə Kucma deyir ki, indiki şəraitdə yox. Kucma və Putin Yaltada, 2003-cü il

Kucma və Putin Yaltada, 2003-cü il



Rusiya Ukraynanın ərazi bütövlüyünü pozmaqda nə qədər irəliləyə bilər? – sualına Kuchma belə cavab verir ki, Rusiyanın hərəkətlərini təhlil edəndə Putini yanaşmasını başa düşmək olar. Rusiya həmişə qorxub ki, NATO Moskvanın “burnunun altınacan” gələ bilər. Rusiyanın belə qorxuya görə BMT-nin Təhlükəsizlik Şurasının qətnaməsini ala bilərdi ki, Ukrayna NATO-ya üzv olmaycaq. Ancaq Rusiya başqa yolu seçdi. Rusiya neçə ildir ki, Ukraynaya iqtisadi təzyiq edir. Bu o deməkdir ki. Rusiya Ukraynaya, xüsusilə onun hökumətlərinə heç vaxt etibar etməyib.

***
Washington Post yazır ki, bir həftə əvvəl 3 şərqi Ukrayna şəhərində hökumət binaları tutulanda Dövlət Katibi John Kerry dedi ki, bu Rusiyanın “qanunsuz və legitim olmayan cəhdidir” və Rusiya “haqqı ödənən əməliyyatlarla böhran yaradır”. Kerry hədələdi ki, Rusiyanın mədən, enerji və bank sahələrinə sanskiya qoyula bilər. Ancaq sonrakı günlər ABŞ bu hədələrini reallaşdıra bilmədi. Slavyanskda rusdilli silahlılar

Slavyanskda rusdilli silahlılar



Qəzet yazır ki, kənar müşahidəçilərin məlumatına görə, şənbə günü kamufulyaj uniformada olan adamlarla və Rusiya silahı ilə dolu avtobuslarla Ukraynanın daha 4 şəhərində hökumət binalarına hücum oldu. Yenə də ABŞ və Avropa diplomatları bu hücumların arxasında Rusiyanın durduğunu dedilər və ABŞ-ın BMT-dəki səfiri Samantha Power bildirdi ki, hücum “peşəkar” təşkil olunmuşdu və “əlaqələndirilirdi”. Səfir deyib ki. bu hərəkətlər bir neçə gün də davam etsə, sanksiyalar olacaq.

Ancaq qəzet yazır ki, bir həftə vaxt itirilib. Qərbin sərt reaksiyası bir həftə əvvəl Rusiyanın hücumunu dayandıra bilərdi. İndi isə vəziyyət o vaxtkından çox təhlükəlidir.
Qəzet yazr ki, ola bilsin, döyüşlər davam etsə, Kiyevin müraciətinə əsasən Ukraynaya silah da verilə bilər. Əgər Ukraynalılar öz ölkələrini müdafiə etmək istəyirlərsə, onlara yardım edilməlidir.

***

Wall Street Journal Kiyevdəki müxbirinə istinadla yazır ki, Ukraynaya Rusiyanın müdaxiləsinin ikinci mərhələsi, ola bilsin, artıq reallaşır.

Rusdilli silahlı maskalılar xüsusi təyinatlı əsgərlər kimi hərəkət edir. Donetskdə şüarlar

Donetskdə şüarlar



Kiyev hökuməti öz hərbisini səfərbər edib. Prezident vəzifəsini icra edən Tyrchinov deyir ki, “Biz Krımın təkrar olunmasına imkan verməyəcəyik”.
Slavyanskda döyüşlərdə tələfat var.

Qəzet yazır ki, bir neçə həftədə Rusiyanın ikinci hərbi əməliyyatından sonra ABŞ Putinin diplomatiyada maraqlı olmasına öz illüziyalarını axır ki, qırağa qoymalıdır. Qəzet hesab edir ki, Putinin məqsədi Avropanın xəritəsini yenidən çəkməkdir. Bacarsa diplomatik yolla, lazım gəlsə isə, zor gücünə.

***

Financial Times yazır ki, Putinin iqtisadi zəiflik dayandıra bilər. Özü də söhbət hamının düşündüyü neft qiymətindən getmir. Rusiya iqtisadiyyatı sənayeyə investisiyadan asılıdır. Kapital isə Rusiyadan qaçmağa başlayıb.

Qəzetin fikrincə, iqtisadiyyat Putini məcbur edəcək ki, ABŞ və ən çox da Avropa ilə münasibətləri bərpa etməyə çalışsın.

Günün bütün mövzuları

XS
SM
MD
LG