-
Aprelin 24-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Azərbaycan teatr sənətinin görkəmli nümayəndələrindən biri, xalq artisti Rza Təhmasibin 120 illiyinə həsr olunmuş yubiley tədbiri keçiriləcək.
Akademik Milli Dram Teatrın mətbuat xidmətindən AzadlıqRadiosuna verilən xəbərə görə, tədbirdə sənətkarın ömür yolundan, yaradıcılığından söz açılacaq, kinoda yaratdığı obrazlar qalereyası nümayiş olunacaq.
Rza Təhmasib 1894-cü il aprelin 20-də Naxçıvanda doğulub.
16 yaşından Tbilisidə səhnə fəaliyyətinə başlayıb.
1920-ci ildən teatr fəaliyyətini Bakıda - Azərbaycan Dövlət Dram Teatrında davam etdirib.
Rza Təhmasib Azərbaycan teatrının böyük bir dövrünə öz möhürünü vurmuş sənətkardır.
O, kino sahəsində də uğurla çalışıb.
1945-ci ildə çəkilmiş «Arşın mal alan» filmi onun rejissorluğu ilə çəkilib.
R. Təhmasib filmlərdə maraqlı obrazlar yaradıb.
Onun şah rolu «Qanun naminə» filmindəki Qaloş obrazıdır.
Ustad sənətkar 1980-ci il fevralında 86 yaşında Bakıda vəfat edib.