Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:09

“Çiçəklənən Naxçıvan”


İlham Əliyevin Naxçıvan səfəri
İlham Əliyevin Naxçıvan səfəri
Şərq qapısı 11.04.2014

Naxçıvan çiçəklənən diyardır

Prezident İlham Əliyevin bu qədim torpağa növbəti səfəri də tarixi hadisəyə çevrildi.

…Prezident dedi: “Naxçıvan sürətlə inkişaf edir. Naxçıvanda bütün məsələlər uğurla icra edilir. Bu səfər mənim Naxçıvana son 10 il ərzində 11-ci səfərimdir. Demək olar ki, hər il Naxçıvana gəlirəm, burada gedən inkişafla tanış oluram və çox sevinirəm. Sevinirəm ki, bu gün Naxçıvan çiçəklənən bir diyardır.

Dünən son bir il ərzində Naxçıvanda görülən işlərlə bir daha tanış olarkən gördüm ki, nə qədər böyük işlər görülür, Naxçıvan rəhbərliyi muxtar respublikanın inkişafı üçün nə qədər böyük sevgi ilə, diqqətlə səylər göstərir. Bütün bu uğurlar münasibətilə naxçıvanlıları ürəkdən təbrik edirəm”.

P.S. Bəli, bu gün ulu öndərin layiqli davamçıları onun ideyalarını ləyaqətlə gerçəkləşdiriblər. Ulu öndər Heydər Əliyevin haqlı mövqeyi, haqlı Azərbaycan mübarizəsi ölkəmizi çiçəklənmə yoluna çıxarmışdır. XX əsrin 80-ci illərinin sonu, 90-cı illərinin əvvəllərində ümummilli lider Heydər Əliyevə qarşı aparılan böhtan kampaniyalarını, parlament və hökumətdə bəzi “siyasət”çilərin ŞƏXSİYYƏTƏ qarşı qısqanclığını, onu mərkəzdən – Bakıdan və mərkəzi proseslərdən uzaqlaşdırmaq, başqa sözlə desək, onu ətrafın, xalqın gözündən gizlətmək cəhdlərini xatırlayanda bir daha əmin olursan ki, haqq-ədalət bir gün mütləq qalib gəlir. Günəşin işığının qarşısını heç nə ilə kəsmək olmur. Haqq işi uğrunda, ədalət uğrunda mübarizə aparan fenomenal istedadlı, siyasi mənafelərə deyil, dövlət mənafelərinə xidmət edən ŞƏXSİYYƏTin qarşısını cılız şəxsi mənafeyini düşünən ünsürlər kəsə bilməz.
XS
SM
MD
LG