Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 01:57

Pərviz Həşimlinin məhkəməsində vəsatətlər təmin olunmayıb


Pərviz Həşimli

Pərviz Həşimli

-
Aprelin 14-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Bizim yol” qəzetinin həbsdə olan əməkdaşı Pərviz Həşimlinin məhkəməsi davam edib.

Müdafiə tərəfi bir neçə vəsatət qaldırıb. Vəsatətlərin heç biri təmin olunmayıb.
Bu haqda AzadlıqRadiosuna vəkil Elçin Sadıqov məlumat verib.

“Biz Rusiyanın Sankt-Peterburq şəhərində yerləşən Makarov tapançasını istehsal edən zavoda sorğu göndərilməsini xahiş eləmişdik. Bu işdə adı keçən silahların hansı ölkəyə verilməsi barədə bizə arayış verilməsini istəmişdik. Məhkəmə vəsatətimizi rədd elədi. Daha sonra 2800 dolların məhkəməyə gətirilməsi və üzərindəki əl barmaq izlərinin Pərviz Həşimliyə aid olub-olmaması haqqında da vəsatət qaldırmışdıq. Belə məlum oldu ki, istintaq həmin sübutları saxtalaşdırıb. Heç bir qanuni əsas olmadan pulu MTN-nin xəzinədarlığına verib”.

Məhkəmə aprelin 17-də davam edəcək.

Pərviz Həşimli ötən il sentyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları tərəfindən həbs edilib. O, Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) və 228.2.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama) maddələri ilə ittiham olunur.

Müdafiə tərəfi ittihamları qəbul etmir.

Günün bütün mövzuları

XS
SM
MD
LG