Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:30

DİN: Nurçuların yığıncağında iki azyaşlı da olub


-
“Nurçuluq” dini təriqətinin “sunqurçular” cərəyanı adı altında 41 nəfərin iştirakı ilə yığıncaq keçirilməsi müəyyən edilib.

Daxili İşlər Nazirliyinin saytının yaydığı məlumatda belə deyilir. Aprelin 12-də Yasamal rayon polis idarəsi əməkdaşları əməliyyat keçirib.

“X. Mustafayev küçəsində yaşayan Eldəniz Hacıyevin evində keçirilən əməliyyat tədbirləri nəticəsində “Nurçuluq” dini təriqətinin “sunqurçular” cərəyanı adı altında 41 nəfərin iştirakı ilə yığıncaq keçirilməsi müəyyən edilib. 41 nəfərdən 2-si azyaşlı olub”.

Məlumatda deyilir ki, E.Hacıyevin evinə baxış zamanı təbliği və yayılması qanunla qadağan olunmuş dini ədəbiyyat, kompüter avadanlıqlar, mobil telefonlar, 2200 ABŞ dolları, 286 manat və orada olan şəxslərə məxsus ümumvətəndaş pasportları götürülüb.

Araşdırma aparılır.
XS
SM
MD
LG