Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:24

İki mindən çox işçi ilə əmək müqaviləsinin imzalanmasına nail olunub


-
Dövlət Əmək Müfəttişliyi Xidməti ilin birinci rübü ərzində ayrı-ayrı müəssisələr üzrə 2951 nəfər işçi ilə əmək münasibətlərinin əmək müqaviləsi əsasında rəsmiləşdirilməsini təmin edib. İşəgötürənlər və əmək kollektivləri arasında tərəflərin razılığı əsasında əmək münasibətlərinə dair əlavə şərtləri müəyyən edən 88 kollektiv müqavilə bağlanılıb.

Bu haqda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aprelin 14-də yaydığı məlumatda deyilir.

Məlumatda bildirilir ki, yanvar-mart aylarında işçilərə ödənilməsi gecikdirilmiş ümumilikdə 153 952 manat məbləğində sosial xarakterli ödəmələrin ödətdirilməsinə nail olunub. Həmin vəsaitlərin 143 796 manatını əmək haqları, 7277 manatını zərərə görə ödənclər, 2879 manatını isə sosial müavinət və kompensasiyalar təşkil edib.
XS
SM
MD
LG