Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 03:43

Ukrayna rus qazı üçün $386 ödəməyə hazırdır


Kiyev Rusiyaya qazın 1.000 kubmetri üçün $386 dollar ödəməyə hazırdır. Bu bəyanatı Ukrayna Milli Bankının rəhbəri Stepan Kubiv verib. Bu, Moskvanın tələb etdiyindən azdır. Kubiv Ukraynanın qaz üçün bütün borclarını ödəyəcəyini də bəyan edib.

Bu ay Moskva Kiyevə satdığı qazın qiymətini 80 faiz – 1.000 kubmetri üçün 485 dollara qaldırıb. Üstəlik 2.2 milyard dollarlıq borcun ödənməsi tələb olunur.

Kubiv aprelin 13-də Vaşinqtonda Beynəlxalq Valyuta Fondu – Dünya Bankının görüşündə danışıb. Onun sözlərinə görə, Rusiyanın Ukraynanın şərqinə daha çox girməsinin ciddi makro-iqtisadi nəticələri ola bilər.

Mayın əvvəlinədək Ukrayna iki illik, 14 milyarddan 18 milyard dollaradək kredit alacaq. Əvəzində sərt iqtisadi islahatlar aparmalıdır.
XS
SM
MD
LG