Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 03:13

BMT-nin Təhlükəsizlik Şurası Ukrayna toplantısı keçirib


Ukraynanın baş naziri BMT-nin Təhlükəsizlik Şurasının iclasında
Ukraynanın baş naziri BMT-nin Təhlükəsizlik Şurasının iclasında
-
BMT-nin Təhlükəsizlik Şurası Ukraynanın şərqində böhranın güclənməsinə dair fövqəladə iclas keçirib. İclası Rusiya çağırıb. Bundan əvvəl Ukraynanın hazırkı prezidenti Oleksandr Turchynov rusiyayönlü separatçılara aprelin 14-də Bakı vaxtıyla səhər 11-dək vaxt verib. Onlara silahlarını təhvil vermək və ölkənin şərqində tutduqları bir neçə hökumət binasını boşaltmaq əmri verilib.

Əks halda ordunun iştirakıyla “geniş miqyaslı anti terror əməliyyatı” gözlənir.

Rusiyanın səfiri Vitaly Churkin Şuraya bildirib ki, Ukraynanın elanından narahatdır. Churkin bəyan edib ki, “Kiyev Ukraynanın şərqində gücdən istifadəni dayandırmalı və əsl dialoqa başlamalıdır”.

Ancaq ABŞ-ın BMT-dəki səfiri Samantha Power söyləyib ki, Ukraynadakı sabitsizlik “tam şəkildə insan tərəfindən yaradılıb”, “Rusiya tərəfindən yazılıb və idarə olunub”.

Ukraynanın BMT-dəki səfiri Yuriy Sergeyev bildirib ki, böhranı Rusiya süni şəkildə yaradıb və Moskvanı “Ukraynanın ərazi bütövlüyünə zərbə vuran hərəkətlərə dərhal son qoymağa çağırıb”.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG