Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:20
-
ABŞ Dövlət Departamenti Ukrayna ilə sərhəddə 35-40 min rus əsgərinin toplandığını bildirir. Baxmayaraq ki, Moskva qüvvələrini “qismən geri çəkdiyini” bəyan edib.

Aprelin 13-də yayılmış faktlar Rusiyanın Ukraynada agentlərinin işləmədiyinə dair iddiasını da yalanlayır. Belə ki, aprelin 12-də Ukraynanın şərqindəki altı şəhərində hökumət binalarının ruspərəst yaraqlılar tərəfindən tutulduğu göstərilir. Maskalı yaraqlıların rus silahı ilə “koordinə edilmiş və peşəkar əməliyyat” apardığı vurğulanır.

Bu faktlar Rusiyanın enerjidən silah kimi istifadə etməməsinə dair iddianı da təkzib edib: “Rusiya son iki həftədə təbii qazın qiymətini 80 faiz qaldırıb”.

Rusiyanın Ukrayna böhranına dəxli olmamasına dair iddialarını yalanlayan faktlar ilk dəfə martın 6-da dərc olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG