Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 04:18
Ukrayna rusiyapərəst separatçılara könüllü tərksilah olunmaq üçün bazar ertəsi səhərədək vaxt verib.

Kiyev bəyan edib ki, əks halda hökumət qoşunları onlara qarşı tammiqyaslı “anti-terror” əməliyyatına başlayacaqlar.

Ölkənin şərqindəki Slavyanskda separatçılarla toqquşmada bir təhlükəsizlik zabitinin ölümündən qəzəblənən prezident əvəzi Oleksander Turchinov hökumət binalarını tutmuş qiyamçıları silahlarını yerə qoymağa çağırıb.

Cənab Turchinov Ukraynanın şərqində baş verənlərə görə Moskvanı ittiham edib və bildirib ki, Kiyev Moskvanın Krım ssenarisini təkrar etməsinə imkan verməyəcək.

Öz növbəsində Rusiya Kiyevin hazırlaşdığı “hərbi əməliyyatı” – cinayətkat əmr adlandırıb.

Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir ki, “indi Ukraynada vətəndaş müharibəsinin qarşısını almaq məsuliyyəti Qərbin üzərinə düşür”.

Bu gün az sonra BMT Təhlükəsizlik Şurasında Ukraynadakı vəziyyət müzakirə olunmalıdır.

Müzakirə təşəbbüsü Moskvadan gəlib.

Günün bütün mövzuları

XS
SM
MD
LG