Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 15:55

Yay havası gəlir


Bakı və Abşeron yarımadasında aprelin 14-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənir.

Bəzi yerlərdə yağış yağacaq, səhər tədricən kəsiləcək. Gündüz dəyişkən buludlu, əsasən yağmursuz olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan APA-ya verilən məlumata görə, şimal-şərq küləyi günün ikinci yarısında mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 6-9 dərə isti, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Gündüz əsasən yağmursuz keçəcək. Səhər ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 6-11, gündüz 19-24, dağlarda gecə 0-5, gündüz 11-16 dərəcə isti olacağı gözlənilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG