Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:56

İranda azərbaycanlı zəvvarları daşıyan avtobus qəzaya uğrayıb, yaralananlar var


Arxiv fotosu.
Arxiv fotosu.
APA-nın İran mənbələrinə istinadən verdiyi məlumata görə, hadisə aprelin 13-də Ərdəbil vilayətində, Sərçəm-Ərdəbil yolunun 95-ci kilometrliyində Bakı vaxtı ilə saat 04:15-də Azərbaycan vətəndaşlarının Kərbəla və Məşhəd ziyarətindən qayıtdıqları zaman baş verib.

Qəza nəticəsində yanğın baş verən “Scania 86” markalı avtobusda 31 sərnişin olub.

Nəticədə 3 azərbaycanlı zəvvar ağır bədən xəsarəti alıb. Onlar təcili yardım maşını ilə dərhal xəstəxanaya çatdırılıb və vəziyyətlərinin qənaətbəxş olduğu bildirilir. Onların hələlik ad və soyadları açıqlanmayıb. Digər sərnişinlər isə avtobusdan təxliyə olunublar.
XS
SM
MD
LG