Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:29

Prezident İlham Əliyev bazar günü hökumətin iclasını keçirib


Prezident İlham Əliyev

Prezident İlham Əliyev

-
PREZİDENT İQTİSADİYYATIN ÇİÇƏKLƏNDİYİNİ...

"2014-cü ilin birinci rübündə də Azərbaycan dinamik inkişaf edib. İqtisadiyyat 2,5 faiz artıb, ümumi daxili məhsulun səviyyəsinin yüksəlib, qeyri-neft sektorunun iqtisadiyyatdakı çəkis çoxalıb."

Bunu prezident İlham Əliyev aprelin 13-də Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında deyib.

Prezident ölkə iqtisadiyyatının şaxələndirilməsi ilə bağlı tədbirlərin davam etdirildiyini, sosial məsələlərin həllinin diqqət mərkəzində saxlandığını, əhalinin banklardakı əmanətlərinin 20 %-dən çox artığını deyib.

Prezident Azərbaycanda investisiya mühitinin yüksək səviyyədə olduğunu, daxili investisiyaların xarici sərmayələri üstələdiyini deyib. O, bildirib ki, indi Azərbaycanın xarici dövlət borcu ümumi daxili məhsulun 8 faizini təşkil edir.

İlham Əliyev deyib ki, yaxın vaxtlarda Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzal kompleksi istifadəyə veriləcək. Bakının gözəlləşdirilməsi, şəhər nəqliyyatının vəziyyətinin yaxşılaşdırılması ilə bağlı tədbirlər davam etdiriləcək.

İlham Əliyev neft-qaz sektorunda işlərin yüksək səviyyədə aparıldığını, TANAP və TAP layihələrinin icrasına başlandığını bildirib. Ətraf mühitin qorunması və ağacların qanunsuz kəsilməsinə dair hərəkətlərə son qoyulması ilə bağlı tapşırıqlar verib.
ORDUNUN GÜCLƏNDİYİNİ...
İlham Əliyev qeyd edir ki, ilin birinci rübündə Azərbaycan dünyada öz mövqelərini daha da möhkəmləndirib.

Prezident Dağlıq Qarabağ münaqişəsindən danışarkən bildirib ki, Ermənistana qarşı çoxdan sanksiyalar tətbiq olunmalı idi. Çünki Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal edib, etnik təmizləmə siyasəti aparıb.

İlham Əliyev güclü ordunun yaradılması istiqamətində tədbirlərin davam etdirildiyini, Azərbaycan ordusunun müasir silah-sursatlarla təchiz olunduğunu bildirib.

O, qeyd edib ki, görülən tədbirlər ordu quruculuğunu da əhatə edəcək, bu sahədə infrastruktur layihələrinin icrası, o cümlədən Qarabağ müharibəsi əlillərinin və veteranlarının problemlərinin həlli diqqət mərkəzində olacaq.

... ƏHALİNİN SAYINININ 9.5 MİLYONA ÇATDIĞINI DEYİR

Prezident yekun nitqində sosial infrastruktur layihələrinin icrasının davam etdirilməsi, xarici investisiyaların Azərbaycaa üçün prioritet təşkil edən sektorlara yönəldilməsi, sahibkarlığın inkişafına dəstəyin artırılması, ərzaq təhlükəsizliyinin təmin olunması ilə bağlı tapşırıqlar verib.

Ölkədə əhalinin sayının 9 milyon 500 min nəfərə çatdığını deyən prezident qeyri-neft sektorunun və sənayenin inkişafı ilə bağlı layihələrin icra edildiyini söylədi.

Azərbaycan prezidenti adətən ilin hər rübündə hökumətin bu cür iclaslarını keçirir, ölkədə hər sahədə güclü inkişaf olduğunu vurğulayır.

Amma tənqidçilər bildirir ki, hazırda neft gərlirlərinin iri həcmlərlə xərclənməsi hesabına böyük tikinti layihələri həyata keçirilsə də dayanıqlı iqtisadi inkişaf üçün ciddi tədbirlər görülmür. İqtisdadçılar xüsusilə Azərbaycanın neftdən kənar sahələrinə diqqət yetirilmədiyini, neft gəlirlərinin tükənməsindən sonra Azərbaycanda ciddi iqtisadi problemlər ola biləcəyini deyirlər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG