Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 18:48

Slavyanskdakı silahlı separatçılar da yaralılar olduğunu deyirlər


Luqansk şəhərində Ukraynanın Təhlükəsizlik Xidmətinin binasına hücum edən Rusiya yönümlü silahlı separatçılar. 13 aprel 2014
Luqansk şəhərində Ukraynanın Təhlükəsizlik Xidmətinin binasına hücum edən Rusiya yönümlü silahlı separatçılar. 13 aprel 2014
Ukraynanın şərqində Slavyansk şəhərində hökumət binalarına hücum edən silahlı separatçıların rəhbərləri də atışma baş verdiyini, yaralılar olduğunu bildirirlər.

Son bir neçə gündə Donbasda hökumət binalarını əlində saxlayan silahlı separatçıların rəhbərlərindən biri olduğunu deyən Vyacheslav Rudenko aprelin 13-də Rusiyanın Rossia24 telekanalına Slavyanskdakı vəziyyət haqqında bunları deyib:

- Bu gün səhər saatlarında Slavyansk-ın kənarında yerləşən Semyonovka qəsəbəsində zirehli texnika ilə hərəkət edən hərbçilər dinc mitinqçilərə atəş açıblar. Aksiyaçılardan bir nəfəri yaralanıb. Onun sol çiynindən dəyən güllə qolundan çıxıb.

Slavyanskda separatçı yaraqlıların rəhbərlərindən biri olduğunu deyən Pavel Petrov aprelin 13-də Rusiyanın Rossia24 telekanalına Slavyanskdakı vəziyyət haqqında bunları deyib:
- Son məlumata görə Ukrayna Daxili İşlər Nazirliyinin formasında olan 150 nəfərlik dəstə Slavyanska doğru hərəkət edir. 4-5 hərbi texnika da şəhərə doğru gəlir. Nəyin bahasına olursa-olsun, biz onları şəhərə buraxmayacağıq.

Ukraynanın Daxili İşlər naziri vəzifələrini icra edən Arsen Avakov da ölkənin şərqində hökumət binalarını ələ keçirən separatçılara qarşı anti-terror əməliyyatına başladıqlarını, bu gün səhət atışmada hökumət qüvvələrindən bir nəfərin həlak olduğunu, 5 nəfərin yaralandığını bildirir.
XS
SM
MD
LG