Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 23:35

Ukrayna ölkənin şərqində anti-terror əməliyyatına başlayır


Slavyanskda polis idarəsini ələ keçirən aksiyaçılar. 12 aprel 2014
Slavyanskda polis idarəsini ələ keçirən aksiyaçılar. 12 aprel 2014

Bu barədə Ukraynanın Daxili İşlər naziri vəzifəsini icra edən Arsen Avakov aprelin 12-də özünün Facebook səhifəsində yazıb.

Avakov qeyd edir ki, əməliyyatı Ukraynanın Daxili İşlər və Müdafiə Nazirlikləri birgə həyata keçirirlər.

Nazir bir neçə şəhər və qəsəbədə polis idarələri və başqa hökumət binalarını ələ keçirən separatçı aksiyaçılara qarşı əməliyyatlar aparılacağını qeyd edir.

O həmçinin Rusiya yönümlü aksiyaçıların bir neçə şəhər və qəsəbədə hökumət binalarını zəbt etməsini Rusiyanın ölkəsinə qarşı təcavüzü kimi qiymətləndirib.

Dünən Rusiya yönlü separatçılar Slavyansk şəhərində polis idarəsini, ardınca da bir neçə başqa hökumət idarəsini ələ keçiriblər. Separatçılar Donetsk, Krasny Lyman və Kramatorsk şəhərlərində də hökumət binalarına hücumlar edirlər.
XS
SM
MD
LG