Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 05:05

Moskvada "Həqiqət Marşı" mitinqi planlaşdırılır


Arxiv foto: Moskvada müharibə əleyhinə mitinq. 15 mart 2014
Arxiv foto: Moskvada müharibə əleyhinə mitinq. 15 mart 2014
Bu gün Moskvada Saxarov prospektində "Həqiqət Marşı" şüarı altında mitinq keçiriləcək.

Müxalifət partiyaları və və ictimai hərəkat fəalları mitinqə "Açıq cəmiyyət uğrunda, ksenofobiya əleyhinə” "azad və müstəqil media uğrunda", "telekanalalrdakı yalanlara qarşı” şüarları ilə çıxacaqlar.

Mitinq təşkilatçılarından biri deyib ki, Rusiyada "əcnəbilərə nifrət, müharibə ab-havası, formalaşıb ki, bu da dövlətin məhvinə gətirib çıxaracaq".

Təşkilatçılar mitinqdə on min adamın iştirak edəcəyinə ümid edir.

Aksiya Moskva meriyası ilə razılaşdırılıb.

Bu cür aksiyalar Sankt-Peterburq, Samara və Rusiyanın başqa şəhərlərində də keçiriləcək.
XS
SM
MD
LG