Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:19
Ağ Evdən bildirirlər ki, vitse-prezident Joe Biden aprelin 22-də Ukraynaya səfər edəcək. ABŞ həmçinin Ukraynaya qarşı hərbi hədələrinə görə Rusiyaya xəbərdarlıq edib.
Aprelin 12-də Ağ Evdən yayılan xəbərdə deyilir ki, Biden səfəri zamanı “ABŞ-ın vahid, demokratik Ukraynaya güclü dəstəyini nümayiş etdirəcək.”

Bəyanatda həmçinin qeyd olunur ki, vitse-prezident Ukrayna rəsmiləri ilə ölkənin şərqində baş verən hadisələrə dair məsləhətləşmələr aparacaq: “Moskvanın himayəsi altında olduğu guman edilən Rusiya separatçılarının Ukraynanın şərqində dövlət orqanlarını təhrik və təxribata çəkən əməlləri müzakirə olunacaq” – deyə sənəddə qeyd edilir.

Görüşlərdə həmçinin Ukraynanın enerji təhlükəsizliyi məsələlərinə diqqət yönəldiləcək.

Bu bəynatada bir qədər əvvəl Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Laura Lucas Magnuson Rusiyaya xəbərdarlıq edib: “Biz prezident Vladimir Putini və onun hökumətini Ukraynada qeyri-sabitlik yaradan əməllərdən çəkinməyə çağırırq. Həmçinin yeni hərbi müdaxilə ehtimalına qarşı xəbərdarlıq edirik.”

BMT-nin baş katibi Ban ki-Moon da bəyanat verərək Ukraynanın şərqində baş verən iğtişaşlar heç bir tərəfin maraqlarına xidmət etməyəcəyini vurğulayıb. O, Ukraynanın şərqində vəziyyətin pisləşməsindən, artan zorakı toqquşmalardan dərin narahatlıq keçirdiyini bildirib.

Baş katib tərəfləri vəziyyətin sabitləşməsinə nail olmağa, maksimum təmkin göstərməyə, qanunun normalarına əməl etməyə çağıırb.

Rusiya keçən ay Ukraynanın Krım Mustar Vilayətini özünə ilhaq edib. Kiyev hazırda ölkənin şərq sərhədləri boyunca Rusiya ordusunun cəmləşdiyini bildirir. Eyni zamanda Ukraynanın şərqində bir neçə şəhərdə Rusiya yönlü separatçılar hökumət idarələrinə basqın edirlər.

Şərhləri göstər

XS
SM
MD
LG