Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 21:13
-
Prezident İlham Əliyev Səadət Yusifovanın Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinə müdir təyin edilməsi haqqında sərəncam verib.

Bu barədə aprelin 12-də prezidentin rəsmi saytı məlumat yayıb.

Əvvəllər bu postu Elnur Aslanov tuturdu. O, prezidentin 17 mart sərəncamı ilə vəzifəsindən azad edilib.

Həmin ərəfədə yerli media və sosial şəbəkələr Elnur Aslanovun «nurçu»larla bağlılığından yazırdı. Onun «nurçu»ların hazırda Pensilvaniyada yaşayan lideri Fetullah Gülen-e «elnur_aslanov» ünvanlı e-mail-dən göndərdiyi iddia olunan məktubu da yayılmışdı.

Səadət Yusifova 1974-cü ildə anadan olub.

1998-ci ildə «Hər gün» qəzetində jurnalist kimi fəaliyyət göstərib.

Səadət Yusifova hüquq üzrə fəlsəfə doktorudur. O, Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi olub. Bakı Dövlət Universitetinin beynəlxalq hüquq kafedrasının müəllimidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG