Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 19:50

Yardım müraciətinə ölümündən 21 gün sonra cavab gəlib


Azerbaijan -- letter from facebook

Azerbaijan -- letter from facebook

-
Leykoz xəstəliyindən əziyyət çəkən Nərmin Hüseynlinin müalicəsi üçün Prezident Administrasiyasına edilən müraciətə onun ölümündən 21 gün sonra cavab gəlib.

Bu barədə AzadlıqRadiosuna mərhumun anası Məhbubə Hüseynli məlumat verib:

«O müraciət Nərminin xəstə olduğu vaxt edilib. Cavab isə bizə aprelin 10-da gəlib».

Sosial şəbəkələrdə yayılan sənədin surətindən görünür ki, Səhiyyə Nazirliyindən Milli Onkoloji Mərkəzə müraciət martın 31-də - Nərmin Hüseynlinin ölümündən 10 gün sonra göndərilib.

Müraciətdə deyilir: «Xəstəni müvafiq tibbi müayinədən keçirib, müalicəsinin və dərman preparatları ilə təmin olunmasına köməklik göstərilsin».

Məktubu nazirliyin Tibbi Yardımın Təşkili şöbəsinin müdiri Gülmirzə Poladov imzalayıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AzadlıqRadiosuna deyiblər ki, iş günü olmadığı üçün həmin məktubun Prezident Administrasiyasından nazirliyə nə vaxt çatdığı barədə bir söz deyə bilməyəcəklər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG