Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 08:02
-
Vaşinqtonun bu qərarı İranın BMT-yə səfir təyin etdiyi Hamid Aboutalebi-nin təşkilatın qərargahı yerləşən Nyu-Yorka gəlişini mümkünsüz edib.

Buna səbəb kimi cənab Aboutalebi-nin 1979-cu ildə Tehrandakı ABŞ səfirliyi əməkdaşlarını girov götürmüş tələbə qrupuna bağlılığı göstərilib.

Media xəbərlərinə görə, Ağ evin bu qərarı qəbul etməsi üçün ABŞ Konqresi prezident Barack Obama-ya ciddi təzyiq göstərib.

Bu həftənin əvvəllərində Ağ ev İran hökumətinə bildirib ki, bir vaxtlar inqilabçı-tələbə olmuş şəxsin BMT nümayəndəliyinə təyin olunması yolverilməzdir.

İranın BMT-dəki missiyasının sözçüsü Hamid Babaei bu qərardan məyusluq keçirdiyini və onun beynəlxalq qanunlara zidd olduğunu bəyan edib.

PREZİDENT KONQRESİN NARAHATLIĞINI BÖLÜŞÜR

Xəbər verilir ki, ABŞ Nümayəndələr Palatası və Senat cənab Aboutalebi-nin ABŞ-a girişini yasaqlayan qanunvericilik aktını böyük səs çoxluğu ilə qəbul edib.

İran tərəfi bildirib ki, cənab Aboutalebi ölkənin ən təcrübəli diplomatlarındandır və Tehran onun təyinatını geri götürməyəcək.

Ağ evin sözçüsü Jay Carney deyib ki, həm BMT-yə, həm də İrana Aboutalebi üçün viza verilməyəcəyi barədə xəbərdarlıq edilib.

Sözçü prezident Obama-nın bu qərarı təsdiqləyəcəyi barədə açıqlama verməyib, lakin işarə edib ki, prezident Konqresin narahatlığını bölüşür.

ABOUTALEBI GİROVÇULARA YALNIZ TƏRCÜMƏÇİLİK EDİB

İran xəbər saytlarından birinə müsahibəsində Hamid Aboutalebi bildirib ki, o, 1979-cu ildə Tehrandakı ABŞ səfirliyini zəbt etmiş qrupa daxil olmayıb, lakin sonradan həmin tələbələr üçün tərcüməçilik edib.

İran İslam İnqilabı zamanı zəbt edilmiş ABŞ səfirliyində 52 amerikalı 444 gün girov saxlanılmışdı.

Təhlilçilər diqqəti belə bir məqama çəkirlər ki, ABŞ əvvəllər heç vaxt heç bir BMT diplomatına viza verməkdən imtina etməyib.

Diplomatlar narahatdırlar ki, bu addım presedentə çevrilə bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG