Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:36

Rusiya prezidenti və hökumət üzvlərinin gəlirləri açıqlanıb


Rusiya Nazirlər Kabinetinin iclası

Rusiya Nazirlər Kabinetinin iclası

-
Rusiya prezidenti Vladimir Putin 2013-cü ildə 3 milyon 772 min rubl (106 min ABŞ dolları) qazanıb.

Kremlin.ru saytında yerləşdirilən bəyannamədə belə məlumat verilir.

Hökumət başçısı Dmitry Medvedev-in illik gəliri 4 milyon 259 min rubl (120 min dollar) olub.

Federal hökumət üzvlərindən ən çox qazanan açıq hökumət naziri Mikhail Abyzov-dur. Bəyannamədə göstərilən məlumata görə, 2013-cü ildə onun gəlirləri 283 milyon rubl (8 milyon dollar) olub.

İkinci yerdə 240 milyon rublla (6 milyon 740 min dollar) baş nazirin birinci müavini Igor Shuvalov gəlir.

Prezident Administrasiyasının rəhbəri Sergei Ivanov ötən il 11 milyon (309 min dollar), prezidentin mətbuat katibi Dmitry Peskov 9 milyon 200 min rubl (258 min dollar) qazanıb.

Siyahıda məmurlarla yanaşı, onların həyat yoldaşları ilə övladlarının gəliri və malik olduğu əmlak da dərc olunub.

Şərhləri göstər

XS
SM
MD
LG