Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:38
-
Təhsil Nazirliyi bildirir ki, xaricdə təhsil sahəsində heç bir şirkətlə əməkdaşlıq etmir.

Nazirliyin aprelin 11-də yaydığı məlumata görə, nazirliyin xarici ölkələrdə ali təhsil vədi verən hər hansı şirkətlə bağlantısı yoxdur və onların fəaliyyətlərinə görə heç bir məsuliyyət daşımır.

Nazirlik vurğulayır ki, «2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı»nın da hər hansı şirkətlə əlaqəsi yoxdur:
«İddiaçılara hər hansı şirkət və ya şəxs tərəfindən verilən vəd Dövlət Proqramına seçim zamanı heç bir rol oynamır. Belə hallarla rastlaşdığınız təqdirdə Nazirliyin «Qaynar xətt» xidmətinə (146) məlumat verməyiniz xahiş edilir».

Nazirlik tövsiyə edir ki, xarici ölkələrdə ali təhsil almaq niyyətində olan şagird və tələbələr, onların valideynləri özləri birbaşa xarici ali təhsil müəssisələrindən qəbul proseduralarını öyrənsinlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG