Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:42
-
Aprelin 11-də Müdafiə Nazirliyinin Naxçıvandakı hərbi hissəsinin əsgəri Nurlan Bünyadov əsgər yoldaşı Tariyel Məmmədovu bıçaqlayaraq öldürüb.

Bu haqda AzadlıqRadiosuna təhlükəsizliyi baxımından adının çəkilməsinin istəməyən hərbi hissə zabitlərindən biri məlumat verib. Hadisənin mübahisə zəminində baş verdiyi bildirilir.

Müdafiə Nazirliyindən faktı təsdiqləsələr də, hadisənin mübahisə yox, ehtiyatsızlıq üzündən baş verdiyini bildirdilər.

Müdafiə Nazirliyindən verilən məlumata görə, faktla bağlı cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.
XS
SM
MD
LG