Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:38

Ukraynanın baş naziri regionlara daha çox səlahiyyət verilməsinə razıdır


Ukraynanın baş naziri Yatsenyuk deyib ki, Ukraynanın regionlarının daha çox səlahiyyəti olmalıdır və vacib məsələlər üzrə onlar referendum keçirə bilməlidirlər.

Yatsenyuk Donetskdə yerli hakimiyyət rəsmiləri ilə görüşüb. Ancaq hakimiyyət binalarını tutan nümayişçilərlə görüşmıəyib.

Yatsenyuk rusiyapərəst nümayişçiləri tutduqları binaları boşaltmağa çağırıb. O deyib ki, binları zor gücünə boşaltmağın tərəfdarı deyil.

Aprelin 6-da Donetsdkdə, Xarkovda və Luhanskda hakimiyyət binalarını nümayişçilər tutdu. Xarkovda polis onları zorla çıxartdı. 65 adam həbs olundu.

Günün bütün mövzuları

XS
SM
MD
LG