Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 20:11

Ukrayna sərhədində Rusiya qoşunlarının kosmosdan çəkilmiş şəkli


-
NATO ilk dəfə olaraq Ukrayna sərhəddindəki Rusiya qoşunlarının kosmosdan çəkilmiş şəkilləri göstərib. Times Rusiyada söz azadlığının indiki vəziyyəti ilə bağlı "Doktor Jivaqo" əsərinin necə SSRİ-dən çıxarılmasını, sonradan çap olunub SSRİ-yə gətiriməsi tarixini yazır.

New York Times yazır ki, aprelin 10-da NATO kosmosdan çəkilmiş fotoları yayıb. Şəkillərdən görünür ki, Rusiyanın hərbi texnikası Ukrayna sərhəddindədir. Bura tanklar və təyyarələr də daxildir.

Burdakı Rusiya qoşunlarının sayını NATO 40 min civarında qiymətləndirir.
Satellit şəkillərini çəkən DigitalGlobe kommersiya şirkətidir. Onun şəkilləri Ukrayna sərhəddinə Rusiyanın qoşun yığmasının ilk sənədli sübutudur.
Hərçənd bunu NATO dəfələrlə deyib, ancaq heç vaxt şəkillər təqdim olunmamışdı.

( Yeri gəlmişkən, NATO-nun Avropadakı qoşunlarının komandanlığı aprelin 11-də bəyanat verib ki, Ukrayna ilə sərhəddə Rusiya qoşunlarının satellitdən çəkilmiş şəkilləri korrektdir və NATO bu şəkillərin həqiqliyində israr edir.
NATO kosmosdan çəkilmiş şəkilləri yayandan sonra Rusiya onları şübhə altına alır. Rusiya iddia edir ki, şəkillər 2013-cü il avqustun 13-də hərbi təlimlər vaxtı çəkilib.
NATO isə bildirir ki, şəkillər martın axırı- aprelin əvvəli çəkilib və sərhəddə 35-40 min Rusiya əsgəri var.- Azadlıq Radiosu)


***
Qırıcı təyyarələr Ukrayna sərhəddinin 150-km-liyində
Qırıcı təyyarələr Ukrayna sərhəddinin 150-km-liyində

Washington Post yazır ki, Rusiyanın Krımı işğalı Qərb demokratiyalarını birləşdirdi, onlar ən azı işğalı pisləməkdə yekdildirlər. Ancaq 21-ci əsrin bir böyük problemi də üzə çıxdı: qlobal normalar və milli maraqlar ziddiyəti.

Dünyanın ən böyük demokratik dövləti Hindistan səssizdir. Rusiya əleyhinə heç bir sanskiyanı dəstəkləmir. Ölkənin Milli Təhlükəsizlik müşaviri elan edib ki, Rusiyanın Krımda legitim haqları var. Hindistanın belə davranmağının səbəbi Rusiya ilə sıx əlaqələridir. 2009-2013-cü illər arası Rusiya silahının 38 faizini Hindistan alıb.
Hindistanın aldığı silahların 75 faizi Rusiyadan gəlir.

Ancaq ən maraqlı reaksiya İsrailindir. İsrail dünyada ən Amerikapərəst ölkədir. İsrail ABŞ-ın demək olar ki, bütün beynəlxalq təşəbbüslərini dəstəkləyir. Ancaq baş nazir Netanyahunun reaksiyası qəribə olub: “Mən ümid edirəm ki, Ukrayna məsələsi həll olunacaq və çevik şəkildə. Ancaq mənim öz boşqabım da kifayət qədər doludur”. Xarici işlər naziri Lieberman isə deyib ki, “Bizim həm amerikalılar, həm rusiyalılarla yaxşı və etimadlı münasibətimiz var. “

Belə reaksiyaların səbəbi haqda İsrail rəsmiləri özəl söhbətlərdə deyirlər ki, İsrailin Rusiyaya İran və Suriya təhlükələrini aradan qaldırmaqda ehtiyacı var.

****​
Times yazır ki, “Doktor Jivaqo”nun kölgəsi Putinin başının üstünü alır. Stalin Pasternakın “Doktor Jivaqo”sunu qadağan etmişdi. Azad söz Rusiyada yenə də oxşar repressiya mühiti ilə üzləşir.
Doktor Jivaqo
Doktor Jivaqo

Times yazır ki, Pasternak SSRİ-də çap oluna bilmirdi. O, əsərin çap maşınında yazılmış nüsxələrini bir neçə nəfərə vermişdi. 1957-ci ildə Maltadan keçməklə uçan bir nəfərin çantasında olan əsəri Britaniyanın Mİ6 kəşfiyyatı gizli olaraq götürüb, fotosunu çıxarıb və yenidən çantaya qoyub.

Həmin adamın təyyarəsinin uçuşu bu vaxt 2 saat ləngiyib.

Mİ6 əsərin surətini Amerikanın Mərkəzi Kəşfiyyat İdarəsi CİA-ə verib. Soyuq Müharibə dövründə CİA SSRİ-də qadağan olunan kitabların nəşriyyatına çevrilmişdi. CİA “Doktor Jivaqo” əsərini əvvəlcə adi kitab şəklində, daha sonra isə mövcud olmayan Fransız nəşriyyatı adından miniatür kitab şəklində nəşr etdi ki, gizlətmək asan olsun. CİA SSRİ-yə gizli yollarla 2 ildə əsərin 9 min nüsxəsini göndərdi.

1958-ci ildə Pastenaka bu əsərə görə Nobel mükafatı verildi, ancaq Kremlin təzyiqi ilə o, bu mükafatdan imtina etdi.

Onu Yazıçılar İttifaqından çıxartdılar və iki ildən sonra o vəfat etdi.

***

Economist yazır ki, iyiulda ABŞ-ın Mülki Haqlar Aktının 50 illiyidir. Aktı imzalamamışdan qabaq o vaxtki prezident Lyndon Johnson deyib ki, bu qanun sadədir: hotellərdə, restoranlarda irqi ayrl-seçkiliyə, seçici qeydiyyatında ayrı-seçkilik qaydalarına qadağa qoyur. Qanunun məğzi barədə isə Johnson deyib ki, məqsəd daha çox azadlıq, ədalət və insan ləyaqətinə daha dərin hörmətdir.
Johnson Aktı imzalayandan sonra Martin Luter Kingin əlini sıxır
Johnson Aktı imzalayandan sonra Martin Luter Kingin əlini sıxır


Prezident bilirdi ki, Cənub ştatları və onun ğöz doğma Texas ştatı bu qanunun həyata keçirilməsinə müqavimət göstərəcək.

2014-cü ilin aprelində Mülki Haqlar aktının 50 illiyi ilə bağlı konfransda keçmiş ABŞ prezidenti Jimmy Carter deyib ki, o, 1970-ci ildə Corciada qubernator olanda məktəblərdə ayrı-seçkilik norma idi, hərçənd bu ayrl-seçkilik artıq qanunsuz idi. Carter deyib ki, elə bu günün özündə də məşğulluq statistikasına baxsaq, irqi ayrı-seçkilik görərik.

Konfransda çıxış edənlərin bir çoxu xatırladıb ki, Mülki Haqlar Aktını bu haqların qatı müdafiəçisi John Kennedy prezident olanda Konqresə qəbul etdirə bilmədi. Heç kim inana bilməzdi ki, o edə bilmədiyini Lyndon Johnson edə biləcək.

Bəzi tarixçilər bunun səbəbini Jonhsonun gəncliyində axtarır. O, Texasda əsasən ispandillilər yaşadığı şəhərcikdə kasıbların məktəbində müəllim işləyib.
Johnsonun özünün uşaqlığı kasıblıq içində keçib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG