Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 16:57
-

Ağ Ev bildirir ki, prezident Barack Obama və Almaniya kansleri Angela Merkel Rusiyaya qarşı mümkün sanksiyaların artırılmasını müzakirə ediblər.

Ötən gün telefon əlaqəsi saxlayan iki ölkə rəsmisi bir daha Moskvanı ordusunu Ukrayna sərhədlərindən geri çəkməyə çağırıb. Bəyanatda bildirilir ki, Rusiyayönlü təxribatçılar Moskvadan aldıqları dəstəyə arxalanaraq Ukraynada qeyri-sabitlik törədirlər.

Qeyd olunur ki, Obama ABŞ, Avropa Birliyi və digər beynəlxalq müttəfiqlər tərəfindən Rusiyaya qarşı sanksiyaların genişləndirilməsinə ehtiyac olduğunu hesab edir.

Ağ Ev bildirir ki, liderlər Merkelin Vaşinqtona gözlənən səfəri zamanı danışıqları davam etdirəcəklər. Səfərin tarixi açıqlanmayıb.

MOSKVANIN UKRAYNANI QORXUTMAQ CƏHDLƏRİ

Birləşmiş Ştatlar Moskvanı enerjidən yararlanmaqla Ukraynanı qorxutmaqda ittiham edib.

ABŞ Dövlət Departamentinin sözçüsü Jen Psaki aprelin 10-da bildirib ki, Ukraynanın hazırda 1.000 kubmetr üçün ödədiyi 485 dolları «bazar müəyyənləşdirməyib və AB üzvlərinin ödədiyi orta qiymətdən yuxarıdır».

ABŞ Dövlət Katibinin köməkçisi Victoria Nuland aprelin 10-da Senat dinləməsində bildirib ki, Ukrayna böhranının Rusiya iqtisadiyyatına əks təsiri də var.

«Son beş-altı həftədə Rusiya Federasiyası rublun kursunu saxlamaq, onu dəstəkləmək üçün 25 milyard dollardan çox xərcləyib», Nuland deyib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG