Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:31
-


Gürcüstanın xarici işlər naziri Maia Panjikidze deyib ki, ölkəsi iyunadək Avropa Birliyi ilə assosiasiya sazişini imzalayacaq. O, aprelin 10-da Berlində alman həmkarı Frank-Walter Steinmeier ilə birgə mətbuat konfransında çıxış edib.

Panjikidzenin sözlərinə görə, o, alman həmkarını «əmin edib» ki, Gürcüstan «ən geci» iyunda sazişi imzalamağa hazır olacaq.

Steinmeier Ukrayna böhranının AB-nin Gürcüstanla sazişi imzalamasına heç bir təsiri olmayacağını söyləyib. «Hazırlıqlar gedir və biz qrafikə uyğun işləyirik», o, bildirib.

Panjikidze deyib ki, «10 gündən sonra Tbilisidə» Steinmeier-lə növbəti müzakirələr üçün yenidən görüşəcək.

Gürcüstan və Moldova ilə pakt ötən noyabrda Şərq Tərəfdaşlığının Vilnüs samitində əssən razılaşdırılıb.

Şərhləri göstər

XS
SM
MD
LG