Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 08:16

UEFA Avropa Liqasında yarımfinalçılar məlumdur


UEFA Avropa Liqasında 1/4 final mərhələsinin oyunlarına yekun vurulub. Artıq yarımfinalçıların adı məlumdur:

«Benfika» – «Alkmaar» 2:0 (ilk oyun 1:0)

«Valensiya» – «Bazel» 5:0 (0:3)

«Seviliya» – «Portu 4:1 (0:1)

«Yuventus»– «Lion» 2:1 (1:0).

Aprelin 11-də Avropa Liqasında yarımfinal mərhələsinin püşkü atılacaq.

Yarımfinal mərhələsinin oyunları aprelin 24-də və mayın 1-də keçiriləcək.

Bu gün Çempionlar Liqasında da yarımfinal mərhələsinin püşkü atılacaq.

Püşkatmada yarımfinalda oynamaq hüququ qazanmış 4 komandanın adı var. Bunlar «Atletiko» (Madrid), «Real» (Madrid), «Bavariya» (Almaniya) və «Chelsi» (İngiltərə).

Yarımfinal oyunları aprelin 22-23-də və 29-30-da keçiriləcək.
XS
SM
MD
LG