Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 23:55

ABŞ-ın səhiyyə naziri istefa verir


Prezident B. Obama və nazir Kathleen Sebelius

Prezident B. Obama və nazir Kathleen Sebelius

-

Ağ Ev rəsmilərinin məlumatına görə, Prezident Barack Obama-nın Səhiyyə Naziri Kathleen Sebelius istefa verir. Səbəb prezidentin səhiyyə qanununun işə düşməsi zamanı üzə çıxan çətinliklərdir. Obamacare kimi tanınan bu qanunun ötən il tətbiqi başlayandan texniki problemlər yaranıb. Ancaq hazırda bu qanun 7 milyondan çox insanı əhatələyir.

Sebelius 2009-cu ildən, Obama prezident seçiləndən səhiyyə naziridir. Onun yerinə İdarəçilik və Büdcə İdarəsinin direktoru Sylvia Mathews Burwell-in təyin olunacağı gözlənir.

Günün bütün mövzuları

XS
SM
MD
LG