Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:10

Rumıniya NATO əsgərini istəyir


Rumıniya NATO-nu çağırır ki, qüvvələrini Şərqi Avropada yerləşdirsin və Ukrayna böhranının yayılmasını əngəlləsin.

Ölkənin xarici işlər naziri Titus Corlatean aprelin 10-da bəyan edib ki, Buxarestin «NATO-nun dəniz, hava və quru qüvvələrinin şərqə doğru yerləşdirilməsindən konkret gözləntiləri var». O, Rumıniyanın «cəbhə xəttində olduğunu» əlavə edib.

«Qara dəniz hövzəsi NATO və AB üçün prioritet olmalıdır», Corlatean söyləyib.

AB və NATO üzvü olan Rumıniya Ukrayna ilə həmsərhəddir.

ABŞ-ın Rumıniyadakı müvəqqəti işlər vəkili Duane Butcher yerli mediaya deyib ki, hazırda Vaşinqton müttəfiqləri arasında inamı gücləndirmək üçün xeyli addımı götür-qoy edir.

«Biz Rumıniyanı müdafiə edəcəyik», Butcher deyib. 450 ABŞ və Rumıniya əsgəri ölkənin şimal-qərbində birgə hərbi təlimlərə başlayıb. ABŞ-ın F-16 qırıcıları Rumıniya təyyarələri ilə yanaşı uçub.

Günün bütün mövzuları

XS
SM
MD
LG