Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 00:05

Avstraliyanın baş naziri siqnalların itmiş təyyarədən gəldiyinə inanır


Hind Okeanında itən təyyarənin axtarışı davam edir

Hind Okeanında itən təyyarənin axtarışı davam edir

Avstraliyanın baş naziri Tony Abbott aprelin 11-də bildirib ki, Malayziya Hava Yollarına məxsus MH370 təyyarəsinin axtarışı zamanı aşkarlanan siqnalların təyyarənin qara qutusundan gəldiyinə «çox inanır».

Çinin Şanxay şəhərində danışan Abbot deyib ki, axtarış ərazisi xeyli daralıb.

Əməliyyat Hind Okeanına keçəndən Avstraliya Boeing 777-nin axtarışına rəhbərlik edir.

Təyyarə martın 8-də Kuala Lumpur- Pekin istiqamətində yoxa çıxıb. Təyyarədəki 239 nəfərdən üçdə ikisi çinlilər olub.

Abbot tədqiqat barədə Çin prezidenti Xi Jinping-ə məlumat vermədən detallara varmaq istəmədiyini söyləyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG