Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 16:12
Aprelin 11-də səhər saatlarında Bakı Metropoliteninin «Həzi Aslanov - Dərnəgül» xətti üzrə hərəkət edən qatar «Ulduz - Nəriman Nərimanov» stansiyaları arasında təxminən 10 dəqiqə tuneldə qalmalı olub.

Bakı Metropolitenindən «APA-Economics»ə qatarın hərəkətində fasilənin yaranması «Həzi Aslanov - İçərişəhər» istiqamətində hərəkət edən qatarda texniki nasazlığın olması ilə izah edilib.

Nəticədə sərnişinlər qatardan boşaldılıb, nasaz qatar depoya göndərilib.

Hazırda qatarların hərəkəti bərpa olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG