Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 19:43

Rusiyaya qarşı yeni sanksiyalar tətbiq oluna bilər


Ağ Ev bildirir ki, prezident Barack Obama və Almaniya kansleri Angela Merkel Rusiyaya qarşı mümkün sanksiyaların artırılmasını müzakirə ediblər.

Ötən gün telefon əlaqəsi saxlayan iki ölkə rəsmisi bir daha Moskvanı ordusunu Ukrayna sərhədlərindən geri çəkməyə çağırıb. Bəyanatda bildirilir ki, Rusiya yönlü təxribatçılar Moskvadan aldıqları dəstəyə arxalanaraq Ukraynada qeyri-sabitlik törədirlər.

Qeyd olunur ki, Obama ABŞ, Avropa Birliyi və digər beynəlxalq müttəfiqlər tərəfindən Rusiyaya qarşı sanksiyaların genişləndirilməsinə ehtiyac olduğunu hesab edir.
XS
SM
MD
LG