Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 18:29

Ray Bradbury. Mən siyasətə nifrət edirəm


ABŞ - Ray Bradbury, 4 May, 2005
ABŞ - Ray Bradbury, 4 May, 2005
-

Məşhur Amerika yazıçısı. elmi fantastika janrının ustadı Ray Bradbury-dən sitatlar


"Mədəniyyəti məhv etmək üçün kitabları yandırmağa ehtiyac yoxdur. Sadəcə, elə eləmək lazımdır ki, insanlar daha kitab oxumasınlar".

"Öz işini sev və sevdiyin işlə məşğul ol. Sənə "bu işi tutma" deyən heç bir kəsə qulaq asma. Sən ürəyincə olan, sevdiyin işlə məşğulsan. Sənin həyatının mərkəzində təxəyyül dayanmlıdır".

"Həyatının hər bir günü yazmalısan... Sən kitabxanalarda yatmalı, kitab rəflərinə nərdivana dırmaşan kimi dırmaşmalı, kitabların iyini ətir kimi ciyərlərinə çəkməli, kitabları papaq kimi dəli başına qoymalısan... Kaş ki qarşıdakı 20 000 gündə hər gün sevgi yaşayasan. Və dünyanı da həmin sevgi ilə dəyiş".

"İnanmıram ki, nəyəsə ciddi yanaşmağına dəysin. Məncə, həyat ciddiyə alınmayacaq dərəcədə çox ciddidir".

"Mən siyasətə nifrət edirəm. Siyasi partiyaların da heç birindən xoşum gəlmir. Gərək onların heç birinə bağlı olmayasan. Sən gərək müstəqil mövqeli fərd olasan. Partiyaya bağlılığı olan hər bir kəs düşünməyi dayandırır".

“Düşünmə. Düşünmək yaradıcı işin düşmənidir. Düşünəndə başqalarının da rəyini nəzərə alırsan və başqalarının münasibətini nəzərə almaqla yaradılan hər şey aşağı keyfiyyətlidir. Sən nəyisə etməyə cəhd göstərmək yox, "mütləq" etməlisən".

"Daim yazıdan sərxoşluq halında olmalısan ki, gerçəklik səni məhv etməsin".

"Kitabxanalarsız biz kimik? Keçmişi və gələcəyi olmayanlar".

"Mən 10 il sərasər həftənin 3 gününü ictimai kitabxanada özümü maarifləndirməklə keçirmişəm. Bu, kollec təhsilindən də yaxşıdır. İnsanlar özlərini maarifləndirməlidirlər, özü də belə təhsil sizə havayı başa gələcək. 10 ilin sonunda mən kitabxanadakı bütün kitabları oxuyub qurtarmışdım və saysız hekayətlər yazmışdım".

"Mən gələcəyi təsvir etməyə çalışmıram. Mən onu önləməyə cəhd edirəm".

"Oxu zalı"
XS
SM
MD
LG