Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 12:04
-
«Azərbaycanın işğal altında olan torpaqlarının azad edilməsi üçün Rusiya prezidenti Vladimir Putin-ə müraciət etmək fikrimiz var».

Bunu modern.az saytına açıqlamasında Azərbaycan Rus İcmasının sədri, Yeni Azərbaycan Partiyasının üzvü, deputat Mixail Zabelin deyib:
«Boris Yeltsin və Dmitry Medvedev-in prezident olduğu zamanlarda belə müraciətlər olub. Amma Putin-in prezidentliyi dövründə Azərbaycan torpaqlarının azad edilməsi ilə bağlı müraciət olmayıb. Ona görə də rus icmasının rəhbəri olaraq Putin-ə müraciət etmək istəyirəm. Bu ilin sentyabr ayında təşkilatımızın qurultayı keçiriləcək. Rusiya hökumətinə müraciəti qurultaydan öncə reallaşdırmaq fikrindəyik».

Deputat bu məsələdə Azərbaycandakı digər icmaların da aktivlik göstərməsinin zəruriliyini vurğulayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG