Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 08:12

Rusiyalı satiriki Krım açıqlamasına görə cəzalandıra bilərlər


Mikhail Zadornov
Mikhail Zadornov
-

Latviyanın hakimiyyət orqanları tanınmış rus satirik yazarı Mikhail Zadornov-un bu ölkədə yaşayış iznindən məhrum edilməsi məsələsini nəzərdən keçirəcəklər.

Bir qrup latviyalı ölkə Seyminə müraciət edərək Krımın Rusiyaya birləşdirilməsini dəstəkləmiş şəxsin Latviyada yaşamağa haqqı çatmadığını bildiriblər.

Müraciət baxılmaq üçün ölkənin daxili işlər nazirliyinə göndəriləcək.

"Baxın, Latviyada kütləvi qətllərdə iştirak etmiş adamlar üçün imtiyazlar nəzərdə tutulub, məni - Yurmala-da festival təşkil etmiş, kitabxana açmış, latış və rus uşaqlarına yardım etmiş, uşaq evləri və pansionatlara köməklik göstərmiş adamı isə "qara siyahı"ya salır, terrorçularla eyniləşdirirlər.

Bu, yalnız və yalnız gülüş doğurur" - deyə satirik açıqlamasında bildirib.

Rusiyanın Krımı anneksiya etməsi SSRİ-nin 1940-cı ildə işğal edib özünə birləşdirdiyi Baltika ölkələrində böyük narahatlıq yaradıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG