Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 12:27
-
Aprelin 10-da Bakı Apellyasiya Məhkəməsi «A.M.A.Y.» Ticarət Mərkəzinin rəhbəri Abdulla Abdullayevin həbsdən buraxılması ilə bağlı şikayətə baxıb.

Binəqədi rayon Məhkəməsinin aprelin 4-də onun haqqında çıxardığı həbs-qətimkan tədbiri qüvvədə qalıb.

Bu barədə Mediaforum saytı məlumat yayıb.

«A.M.A.Y.»ın rəhbəri Abdulla Abdullayev aprelin 4-də həbs olunub.

O, 2006-2008-ci illərdə «Birlikbank» ASC-nin Müşahidə Şurasının sədri işləyərkən vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilir.

Məlumata əsasən, Abdulla Abdullayev 3 milyon 397 min manatı «A.M.A.Y.» MMC-nin Xətai rayonunda yerləşən binasının təmirinə sərf etməklə dövlətin mənafelərinə zərər vurub.

Onun barəsində Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

İşadamı ittihamları qəbul etmir.

Günün bütün mövzuları

XS
SM
MD
LG