Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:36

«Öz kitab üzünü yarat» uşaq müsabiqəsi» keçiriləcək


«Öz kitab üzünü yarat» uşaq müsabiqəsi-2014»

«Öz kitab üzünü yarat» uşaq müsabiqəsi-2014»

-
UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının təşkilatçılığı ilə 23 aprel - Dünya Kitab və Müəllif Hüquqları Gününə həsr edilmiş ««Öz kitab üzünü yarat» uşaq müsabiqəsi-2014» (Kids Competition 2014 – «Draw your own Book Cover») keçiriləcək.

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinə UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasından bildiriblər ki, müsabiqənin məqsədi uşaq və yeniyetmələr arasında savadlılığı təbliğ etmək, onların yaradıcılıq qabiliyyətlərini üzə çıxarmaq, eləcə də kitabların təşviqi ilə bağlı məsələlərə diqqət ayırmaqdır.

Müsabiqədə iştirak etmək üçün 6-13 yaş uşaq və yeniyetmələrin fərdi və ya qrup şəklində hazırladıqları «Müxtəlifliyə hörmət» («Respecting differences») mövzusunda kitab üzü layihələri bu il aprelin 20-dək UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasına göndərilməlidir.

Qaliblərin mükafatlandırılması nəzərdə tutulub.

Müsabiqə ilə bağlı əlavə məlumatı www.unesco.org/new/wbcd internet ünvanından əldə etmək olar.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG