Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 10:16
-
Tələbələrin aksiyasında kürəyindən xəsarət alan «Amerikanın səsi» radiosunun müxbiri Tapdıq Fərhadoğlu aprelin 10-da Bakıdakı klinikalarından birində əməliyyat olunub.

Bu barədə «Turan» agentliyi məlumat yayıb.

Tapdıq Fərhadoğlu fevralın 20-də tələbələrinin aksiyasını çəkəndə kürəyindən xəsarət alıb. Bundan sonra o, kürəyində və ayaqlarında yaranmış kəskin ağrılardan şikayətlənirdi.

Sözügedən aksiyada çəkiliş aparan jurnalisti Bakı Dövlət Universitetinin mühafizə xidmətinin rəhbərinin vurduğu bildirilir.

Cərrahın Turan-a verdiyi məlumata görə, jurnalist üzərində onurğalararası diskdə yırtığın aradan qaldırılması üzrə əməliyyat həyata keçirilib.

Həkimin dediyinə görə, bu xəstəlik bir çox səbəblərdən baş verə bilər. Bu zaman xəstəliyin ağırlaşmasının səbəblərindən biri alınmış xəsarətlər ola bilərdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG