Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:35

Almaniyada üstündə Hitlerin şəkli olan fincanları satan mağaza indi onları geri alır


Almaniyanın qab-qacaq və mebel satış şəbəkəsi olan Zurbrueggen satışda olan kofe fincanlarının bəzilərinin üzərində Adolf Hitlerin şəklinin olduğunu aşkar edib və fincanları satışdan yığışdırıb.

Həmin fincanların üstündə qızılgüllər, köhnə əlyazmalar, nasist dövrünün poçt markası kimi naxışlar və şəkillər olub. Həmin poçt markasında isə indi məlum olur ki, Hitlerin şəkli var.

Satışa 5 min fincan qoyulubmuş, onlardan 175-i satılıb. 2 avroya satılmış bu fincanları indi Zurbrueggen geri alır. Fincanı geri qaytarana 20 avro təklif olunur.
Mağaza bildirir ki, fincanları onun agentləri Çində alıblar, alanda üstündə Hitlerin şəklinin olduğunu görməyiblər.
XS
SM
MD
LG