Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 15:21

AŞPA Rusiyanı səsvermə hüququndan məhrum etdi


AŞPA Rusiyanı ilin sonuna kimi səsvermə hüququndan məhrum edib. Avropa Şurası Parlament Assambleyası Rusiyanın AŞPA-nın işçi qruplarında iştirakına da qadağa qoyub. Rusiya AŞPA-nın bu günki iclasını boykot edirdi, bu qərardan sonra isə AŞPA-nı etiraz olaraq tərk edir.

Azadlıq Radiosunun müxbiri Strasburqdan xəbər verir ki, AŞPA Ukrayna hadisələrində roluna görə Rusiyaya qarşı 2 variantı müzakirə edib: Rusiyanın AŞPA-dakı səlahiyyətlərinə yenidən baxılması və ya səs hüququndan məhrum edilməsi. Nəticədə ikinci variant seçilib.

Rusiyanın səsvermə hüququndan məhrum edilməsi o deməkdir ki, Rusiya baş katibin və hakimlərin seçilməsində iştirak edə bilməyəcək. 2015-ci ilin yanvarında isə Rusiyaya qarşı sanskiyaların vaxtı uzadıla bilər.

Qərar elan olunan kimi Rusiya nümayəndə heyətyinin başçısı bildirib ki, Rusiya nümayəndə heyəti AŞPA-nı tərk edir.
XS
SM
MD
LG