Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:11

Cəmil Həsənli: «Gənclərə başlıca ittiham narkotikdən keçir»


Cəmil Həsənli

Cəmil Həsənli

-

Milli Şuranın Koordinasiya Mərkəzi İnternetdə senzuranın artmasına və sosial şəbəkələrdə fəalların təqibinə etiraz edir. Qurumun Sədr Aparatının aprelin 10-da keçirilən iclasında İnternetdə söz azadlığının məhdudlaşdırılması ilə bağlı dövlət siyasətinin mövcudluğuna dair faktlar göstərilib.

Bu haqda AzadlıqRadiosuna Milli Şuranın sədri Cəmil Həsənli məlumat verib. Cəmil Həsənli onu dəstəkləyən Elsevər Mürsəllinin 5 il müddətinə həbs olunduğunu deyir:

GƏNCLƏRİ FƏALLIQDAN ÇƏKİNDİRMƏK YOLU – NARKOTİK MADDƏ

«İnternet istifadəçilərinin təqib edilməsi ilə bağlı bir sıra faktlar, həbs olunanlar var. Maraqlı burasıdır ki, internet şəbəkəsində fəallıq edən bu adamların hamısı narkotik ittihamı ilə tutulub. Bu, bizdə narahatlıq doğururdu. Ona görə belə qərara gəldik ki, bununla bağlı bir araşdırma aparılsın. Onların dairəsi müəyyənləşdirilsin. Müdafiə olunmaları ilə bağlı tədbirlər görülsün. Məlum olduğu kimi NİDA-çı gənclərdən də 3 nəfərin evinə narkotik maddə qoymuşdular. Həmin gənclərin də narkotik maddə ilə heç bir əlaqəsi yox idi. Sosial şəbəkələrdə fəallıq edən bu adamlarım həbs olunmasının, məhkəmələrə çəkilməsinin başlıca ittiham obyekti narkotikdən keçir. Sosial, siyasi mövqeyi olan gənclər təqib olunur. Sonuncu fakt, cibinə narkotik maddə atılıb 5 il müddətinə həbs olunan Elsevər Mürsəlli Xaçmaz rayonunda çox az təsadüf edilən internet istifadəçilərindən biridir. Vaxtilə sosial şəbəkələrdə mənim təbliğatımı yaydığı, açıq şəkildə mənə səs verəcəyini bildirdiyi üçün oktyabrın 3-də həbs olundu. Yaxın vaxtlarda ona 5 il cəza verdilər. Bu bilavasitə gəncləri qorxutmaq üçündür. Xüsusilə rayon yerlərində internetdə fəal olan bir gəncin tutulması heç şübhəsiz rayon miqyasında yayılır. Əhaliyə, xüsusilə gənclərə təsir edir».

UKRAYNADA BAŞ VERƏNLƏRİN AZƏRBAYCANA TƏSİRİ

Milli Şuranın Koordinasiya Mərkəzi Ukrayna hadisələrinə də diqqət ayırıb. Bildirilib ki, Ukraynada baş verənlər Azərbaycana və bütün postsovet məkanına təsir edə bilər. Ukrayna böhranından ibrət alaraq KŞ Azərbaycanda demokratiyanın irəliləməsi üçün beynəlxalq işin gücləndirilməsini qərara alıb.

Qərara alınıb ki, avrointeqrasiya prosesinin vəziyyəti, Şərq tərəfdaşlığı çərçivəsində öhdəliklərin hökumət tərəfindən yerinə yetirilməsi ilə bağlı xüsusi dinləmələr keçirilsin.

Günün bütün mövzuları

XS
SM
MD
LG