Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:54

Anar Məmmədlinin məhkəməsi aprelin 21-də başlayır


-

Aprelin 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli, qurumun icraçı direktoru Bəşir Süleymanlı və Könüllülərin Beynəlxalq Əməkdaşlığı İctimai Birliyinin rəhbəri Elnur Məmmədovun məhkəməsi başlayacaq.

İşə hakim Rauf Əliyev baxacaq.

Bu haqda AzadlıqRadiosuna vəkil Elçin Sadıqov məlumat verib.

Anar Məmmədli 2013-cü il dekabrın 16-da həbs olunub. O, qanunsuz sahibkarlıq, vergidən yayınma, vəzifə səlahiyyətini aşmaqda ittiham olunur.

Məhkəmə onu üç ay müddətinə həbs edib. Martın 19-da ibtidai istintaq başa çatıb. A.Məmmədli və digər iki fəala qarşı CM-in 179.3.2-ci (iri məbləğdə əmlakı mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.

Beynəlxalq hüquq-müdafiə təşkilatı Amnesty International Anar Məmmədlini «vicdan məhbusu» sayır.

Müdafiə tərəfi bildirir ki, Anar Məmmədlinin həbsinin əsl səbəbi ötən ilin oktyabrında keçirilmiş prezident seçkilərində qanun pozuntularının monitorinqini aparmasıdır.
XS
SM
MD
LG