Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:36

​Azərbaycanın müdafiə naziri İrana gedəcək


-

Azərbaycanın müdafiə naziri Zakir Həsənov aprelin 14-15-də İrana səfər edəcək.

Müdafiə Nazirliyi mətbuat xidmətinin məlumatına görə, səfər İranın müdafiə və silahlı qüvvələrə dəstək naziri Hüseyn Dehqanın dəvətilə olacaq.

Səfər çərçivəsində ikitərəfli hərbi əməkdaşlıq məsələləri müzakirə ediləcək.

Regional təhlükəsizlik məsələləri üzrə fikir mübadiləsi aparılacaq, İran rəhbərliyi ilə görüşlər keçiriləcək.
XS
SM
MD
LG