Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:39

Rusiya «altın» adlı ortaq Avrasiya valyutası düşünür


Qazaxıstanın milli valyutası, tenge

Qazaxıstanın milli valyutası, tenge

-

Yeni pul vahidi ən geci 11 ildən sonra dövriyyəyə buraxılacaq.

«Ən geci 2025-ci ildə Rusiya, Qazaxıstan və Belarusun «altın» adlı ortaq valyutası olacaq». Yüksək vəzifəli qaynaqlara dayanan «Moskovskiy Komsomolets» qəzeti belə yazır. Qəzet hər 3 ölkənin, qeyri-rəsmi olsa da, bu qərarı bəyəndiyini bildirir və ortaq maliyyə məkanına gələcəkdə Qırğızıstan, Ermənistan və Tacikistanın da qoşula biləcəyinə diqqət çəkir.

Millətlərüstü Avrasiya Mərkəzi Bankının və maliyyə nəzarəti qurumlarının Qazaxıstanda yerləşdirilməsi nəzərdə tutulur.

Rusiyanın başqa bir mətbu orqanı – «Arqumentı i faktı» həftəliyi də bu məsələyə diqqət çəkərək yazır ki, «2014-cü ilin mayında Rusiya, Qazaxıstan və Belarus 2015-ci ildə Avrasiya İqtisadi Birliyinin yaradılmasına dair saziş imzalayacaqlar».

Qəzet buna da diqqət çəkir ki, «altın» və ya «3 qəpik»lər ənənəvi rus pul vahidləri olub. XV yüzildə altın Moskvanın – 6, Novqorodun 3 puluna bərabər sayılıb. Rusiya tarixçilərinin fikrincə, «altın» pul vahidinin adı qızıl mənasını verən «altın» və ya «altun»dan deyil, başqa bir türkmənşəli «altı» sözündən götürülüb. Onların qənaətincə, Qızıl Ordanın pul sistemində «altın» 6 pula bərabər manat sayılırmış.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG