Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:56
Yunanıstanın paytaxtı Afinada bomba partlayışında xəsarət alan olmayıb. Partlayış cümə axşamı səhər Yunanıstan Bankının qarşısında baş verib.

Dörd ildən bəri ilk dəfə olaraq bu gün ölkə beynəlxalq istiqraz bazarına qayıdır.

Polis Afinanın mərkəzində böyük kommersiya məkanı sayılan əraziyə gedən yolları bağlayıb.
Bankın binası da daxil olmaqla, ətraf binaların şüşələrinin qırıldığı bildirilir.

Partlayış barədə bir qəzet və online qəzet saytına anonim telefon zəngi edilib. Saytın məlumatına görə, zəng edən şəxs bir avtomobilə 75 kiloqramlıq partlayıcının yerləşdirildiyini söyləyib.

Məsuliyyəti üzərinə götürən olmayıb, polis buna görə bir neçə solçu qrupdan şübhələnir.
XS
SM
MD
LG