Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:03

İstanbul dünyanın ən populyar turizm şəhəridir


İstanbul
İstanbul

Tanınmış turizm saytı Trip Advisor dünyanın ən populyar turizm şəhəri kimi birinci yerə Türkiyənin İstanbul şəhərini layiq bilib.

Avropa və Asiyanı birləşdirən İstanbul qədim arxitekturasına, bol alış-veriş məkanlarına, müasir restoranlarına, gecə həyatına görə turistləri cəlb edir.

Ayasofya, Topqapı muzeyləri, Sultanahmet məscidi, məşhur Qapalı Çarşı, Qalata körpüsü, Miniatür parkı, türk hamamları turistlərin ən çox baş çəkdiyi yerlərdir.

İkinci yerdə Roma, üçüncü yerdə London gəlir. İlk beşliyi Pekin və Praqa tamamlayır.

Bu sıralamada Bakının adı yoxdur.

Trip Advisor populyarlığına görə ümumilikdə 25 şəhərin adını qeyd edib.
XS
SM
MD
LG