Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 16:12

Aranda enerji borclarına etiraz ...


Arxiv foto
Arxiv foto
-

Aprelin 10-da onlarla Saatlı və Sabirabad sakini etiraz aksiyası keçirib. Sakinlər etiraza səbəb kimi elektrik enerjisindən istifadəyə görə evlərinə göndərilən borc qəbzlərini göstəriblər. Həmin qəbzlərdən kənd sakinlərinin 400-dən, 1300 manata kimi borcları olduğu görünür .

Saatlının Novruzlu kəndindən başlayan etiraz daha sonra Sabirabadın Camallı kəndində davam edib. Hərçənd hər iki aksiyanı polis dağıdıb.

Cərimə qəbzləri Sabirabad rayonunun əsasən Əsgərbəyli, Qasımbəyli, Axtaçı, Muradbəyli, Naxalıq kəndlərinin sakinlərinə göndərilib.

ENERJİ HAQLARI SAYĞACDANKƏNAR İSTİFADƏYƏ UYĞUN ALINIRDI

Novruzlu kəndinin sakini Mirmehdi Rzayev bildirir ki, elektrik enerji ödəmələri ilə bağlı problem 2010-cu ildə baş verən təbii fəlakət nəticəsində yaranıb:

«Kür çayı daşanda Saatlının Novruzlu və Sabirabadın 6 kəndi su altında qaldı. Sayğacların hamısı sıradan çıxdı. Sel-su çəkiləndən sonra kəndlərə elektrik verilişi bərpa olundu. Sabirabad kəndlərində əvvəlki sayğaclar bərpa olunsa da, Novruzluda enerji haqları sayğacdankənar istifadəyə uyğun alınırdı. Ödədiyimiz pula görə qəbz də verilib. Amma kiməsə rəsmi qaydada xəbərdarlıq edilməyib ki, borcun var. Borc məsələsi yeni sayğaclar quraşdırılanda ortaya çıxdı. Kənddə 76 ev təsərrüfatı var, hamı ucdantutma borclu çıxarılıb. Sayğaclar hissə-hissə quraşdırılır ki, narazılıq kütləviləşməsin».

İKİ İLƏ ÖDƏNİLƏCƏK BORC

Novruzlu kəndinin sakini Füzuli Həsənov deyir ki, qəbz onun illər öncə vəfat etmiş babasının adına gəlib.

Yerli ictimai fəal Mirabad Rzayev isə bildirir ki, sakinlərin etiraz edəcəyi ilə bağlı icra və polis orqanları əvvəlcədən məlumatlı olublar. Aprelin 10-da səhər açılandan Novruzlu kəndinə RPŞ-nin əməliyyat üzrə rəis müavini Hacı Əhmədovun rəhbərliyi ilə xeyli polis cəlb olunub:

«Etirazını bildirmək üçün toplaşan insanlar təhqir və təhdid olundu. Əhalini sakitləşdirmək üçün icra məmurları bildirdi ki, borcu 2 il ərzində hissə-hissə də ödəmək olar».

RƏSMİ MÖVQE: HEÇ BİR PROBLEM YOXDUR

Sabirabad rayon Elektrik Şəbəkəsinin rəisi Məqatil Yunusov isə AzadlıqRadiosuna deyib ki, bir neçə gündür kəndlərdə sayğaclaşma gedir, kart sistemi tətbiq olunacaq. Borclar isə sakinlərin dediyi kimi yüksək məbləğdə deyil:

«Borclar var, ancaq o məbləğdə deyil. İndi kabelləşmə gedir. Kart sayğacı qoyulacaq. İndiyə qədər olan borclar üzə çıxmağa başlayıb. Borclar karta vurulacaq. Mən bir neçə adamla görüşdüm, elə bir problem yoxdur. Çoxu fərziyyə ilə deyir. Adi borclar var ki, onlar da razılaşma protokolu ilə ödəyirlər. Heç bir problem yoxdur».
XS
SM
MD
LG